Premyer Liqa klubunun hücumçusu Fransaya transfer oldu

19 İyul 2024 18:20 Fransa 1 605
Premyer Liqa klubunun hücumçusu Fransaya transfer oldu

"Marsel" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Mançester Yunayted"dən Meyson Qrinvudu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Marsel" 22 yaşlı vingerlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Fransızlar bu keçid üçün qarşı tərəfə 26+5 milyon avro təzminat ödəyəcək.

Meyson Qrinvud ötən mövsüm icarə əsasında "Xetafe"də çıxış edib. O, La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...