COP29

Baş məşqçi millinin liderinin adını AÇIQLADI

9 İyul 18:20 Fransa 1 106
Baş məşqçi millinin liderinin adını AÇIQLADI

Fransa millisinin baş məşqçisi Didye Deşam yığmanın qapıçısı Mayk Menyan haqda fikirlərini bölüşüb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı çalışdırıcı Menyanın niyə yüksək səviyyəli futbolçu olduğunu izah etməyə ehtiyacın olmadığını bildirib:

“Bu futbolçunun niyə yüksək səviyyəli olduğunu izah etməyə ehtiyac yoxdur. Menyan komandanın lideridir. İndi o, daha çox diqqət çəkməyə başlayıb, lakin onun istedadı çoxdan göz qabağındadır”.

29 yaşlı qolkiper AÇ-2024-də 5 oyun keçirib, onlardan 4-də qapısını toxunulmaz saxlayıb.

Almaniyada keçirilən Avropa çempionatının yarımfinalında Fransa yığması bu gün İspaniya millisi ilə qarşılaşacaq. Qarşılaşma saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti