Portuqaliya ilə matçı buraxacaq - Fransalı yarımmüdafiəçi

4 İyul 2024 18:40 Fransa 1 307
Portuqaliya ilə matçı buraxacaq - Fransalı yarımmüdafiəçi

2024-cü il Avropa çempionatının 1/4 final mərhələsində Fransa və Portuqaliya yığmaları arasında görüş olacaq.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, Didye Deşamın komandası ikinci sarı vərəqəyə görə cəzalı duruma düşmüş yarımmüdafiəçi Andrien Rabioya bu görüşdə arxalana bilməyəcək.

Fransa millisinin məşqçilər heyəti Rabionu hansı futbolçunun əvəzləyəcəyinə qərar verib. “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa meydana çıxacaq.

Portuqaliya – Fransa matçı iyunun 5-də Hamburqdakı stadionda keçiriləcək. Oyunun startı fiti saat 22:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!