COP29

Ərəblər daha bir məşhur hücumçu ilə danışıqlara başladı

23 İyun 01:40 Fransa 431
Ərəblər daha bir məşhur hücumçu ilə danışıqlara başladı

“Marsel”in hücumçusu Pyer-Emerik Obameyanq Fransa çempionatını tərk edərək Səudiyyə Ərəbistanına köçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qabonlu forvardın transferində “Əl-Şabab” maraqlıdır.

Obameyanq yeni mövsümün başlanğıcı ərəfəsində klubun prioritet hədəflərindən biridir. Yaxın vaxtlarda tərəflərin danışıqlar aparacağı gözlənilir.

35 yaşlı futbolçu ötən mövsüm Fransa çempionatında 34 oyun keçirib, 16 qol (dördü penaltidən) və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu