Ərəblərin 30 milyon avroluq təklifindən imtina etdi - Məşhur hücumçu

20 İyun 2024 15:20 Fransa 1 942
Ərəblərin 30 milyon avroluq təklifindən imtina etdi - Məşhur hücumçu

“Lion”un hücumçusu Aleksandr Lakazett komandada qalmaq qərarına gəlib.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə Səudiyyə Ərəbistanı klubu “Əl-Qadisiya” maraqlanıb.

Belə ki, Səudiyyə Ərəbistanı klubu fransalı futbolçuya 2 illik müqavilə təklif edib və bu müqavilənin şərtlərinə əsasən, o, təxminən 30 milyon avro qazana bilərdi.

Lakazett bu təklifdən imtina edib “Lion”da qalmaq qərarına gəlib. Baxmayaraq ki, klub rəhbərliyi sövdələşməni təsdiqləməyə və kapitanın satışından qazanc əldə etməyə hazır olub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!