Azərbaycan klubuna 16,5 milyon avro qazandırdı, Liqa 1-in qapısını açdı - VİDEO

4 İyun 2024 00:50 Fransa 7 662
Azərbaycan klubuna 16,5 milyon avro qazandırdı, Liqa 1-in qapısını açdı - VİDEO

Fransa Liqa 1-ə yüksələn sonuncu komanda məlum olub.

Sportinfo.az xəbər verir ki, pley-off oyunlarında “Mets”i üstələyən “Sent-Etyen” elitaya vəsiqə qazanıb.

İlk oyunda 2:1 hesabı ilə qalib gələn "Sent-Etyen" cavab matçının əsas vaxtında eyni hesabla geri düşüb. Əlavə vaxtda isə komanda hesabı 2:2 edərəkƏ Liqa 1-ə yüksəlib.

Bu vacib qolu isə “Qarabağ”ın sabiq legioneri İbrahim Vadji vurub.

“Köhlən atlılar”ın 2022-ci ilin sentyabrında 16,5 milyon avro qarşılığında satdığı seneqallı hücumçu 117-ci dəqiqədə fərqlənərək, “Sent-Etyen”i elitaya yüksəldib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da