Məşhur baş məşqçinin oğlu Fransa klubunun sükanı arxasında

22 May 2024 01:40 Fransa 1 660
Məşhur baş məşqçinin oğlu Fransa klubunun sükanı arxasında

“Reyms” baş məşqçi axtarışlarını davam etdirir.

Sportinfo.az “Footmercato”ya istinadən xəbər verir ki, Fransa klubunun rəhbərliyi artıq bir neçə mütəxəssislə danışıqlara start verib ki, onlar arasında David Ançelottinin də adı var.

David “Real”ın baş məşqçisi Ançelottinin də köməkçisidir.

“Havr”ın çalışdırıcısı Luka Elsnerlə razılıq əldə edilməsə, Ançelotti ilə 3 illik müqavilə imzalanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!