"Biz də düzəldilməsi çox asan olan bəzi səhvləri təkrarlamadan, eyni şeyi etməliyik"

2 Mart 00:00 Fransa 203
"Biz də düzəldilməsi çox asan olan bəzi səhvləri təkrarlamadan, eyni şeyi etməliyik"

“Monako”nun baş məşqçisi Adi Hütter PSJ ilə oyundan gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 54 yaşlı mütəxəssis balans tapmalı olduqlarını bildirib:

“Bəzən matçlarda istər-istəməz aşağı tempdə oynamaq məcburiyyətində qalırsan. Bizim strategiyamız yüksək tempdə oynamaq və çox təzyiq göstərməkdir.

Biz balans tapmalıyıq. PSJ-yə qarşı ilk matçda onlara təzyiq göstərəcək qədər oynaya bildik.

Biz də düzəldilməsi çox asan olan bəzi səhvləri təkrarlamadan, eyni şeyi etməliyik”.

Fransa çempionatının 1-ci dövrəsində PSJ “Monako”nu 5:2 hesabı ilə məğlub edib. İkinci dövrənin matçı martın 2-də, saat 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"