"Ora getməsini dedim, amma məni dinləmədi"

22 Fevral 22:00 Fransa 303
"Ora getməsini dedim, amma məni dinləmədi"

“Everton”un yarımmüdafiəçisi İdrissa Gueye PSJ-nin hücumçusu Kilian Mbappe ilə birlikdə 2021/2022 mövsümü ərzində bu klubun matçlarını izlədiklərini bildirib.

Sportinfo.az xəbər verir ki, seneqallı Mbappe ilə yanaşı həmin vaxtı PSJ-də oynamış digər oyunçuların da İngiltərə klubunun çıxışını maraqla izlədiyini bildirib:

"Bəli, Mbappe ilə həmin mövsüm demək olar ki, "Everton"un əksər oyunlarını izləyirdik. O özü də, bu komandanın oyununa baxmağı sevirdi.

Kiliana “Everton”a getməsini dedim, amma o, məni dinləmədi. Bəzən Yulian Draksler də “Everton”un oyunlarını maraqla izləyirdi”.

34 yaşlı futbolçu 2016-2019-cu illərdə “Everton”da oynadıqdan sonra PSJ-yə keçmişdi. 2022-ci ildə isə o, yenidən sabiq komandasına qayıtmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"