"Sakit olun, sakit olun! Komanda mükəmməl vəziyyətdə olacaq"

11 Fevral 20:05 Fransa 388
"Sakit olun, sakit olun! Komanda mükəmməl vəziyyətdə olacaq"

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 finalında “Real Sosyedad”la qarşıdakı oyun haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, Fransa klubunun azarkeşlərini oyunla bağlı narahat olmamağa çağırıb:

“Çempionlar Liqası ilə bağlı çox gərginlik görürəm. Bununla belə, söhbət gərginlikdən yox, matçları rəqabətli oynamaqdan və rəqabətdən həzz almaqdan getməlidir.

Artıq iki həftədir ki, televiziyada yalnız Çempionlar Liqasından danışırıq! Sakit olun, sakit olun! Komanda mükəmməl vəziyyətdə olacaq, onlar hazırdır”.

PSJ – “Real Sosyedad” matçı fevralın 14-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti