Mbappenin “Real”la 6 illik anlaşmasının şərtləri - 100 milyon avro alacaq

6 Fevral 2024 12:20 Fransa 1 708
Mbappenin “Real”la 6 illik anlaşmasının şərtləri - 100 milyon avro alacaq

PSJ-nin hücumçusu Kilian Mbappe yay transfer pəncərəsində Fransa klubunu tərk edərək “Real”a keçə bilər.

Sportinfo.az xəbər verir ki, Mbappenin Madrid klubu ilə müqaviləsi 2029/2030 mövsümünün sonuna qədər – altı il davam edəcək.

Fransalı futbolçunun maaşı mövsüm başına 60 milyon avro olacaq. Vergilərdən sonra hücumçu ildə təxminən 32 milyon avro alacaq.

Bundan əlavə, Mbappe İspaniya klubu ilə müqavilə imzaladığı üçün 100 milyon avro alacaq.

Fevralın 5-də PSJ-nin nümayəndəsi 25 yaşlı futbolçunun “Real”a keçmək qərarı ilə bağlı məlumat aldığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR