Yalnız millidə işləmək niyyətindədir - Zidanın istəyi

29 Yanvar 01:40 Fransa 331
Yalnız millidə işləmək niyyətindədir - Zidanın istəyi

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın karyerası ilə bağlı istəyi bəlli olub.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis hazırda yalnız Fransa millisində işləmək niyyətindədir.

O, başqa yerdə çalışmağı planlaşdırmır. Zidan məhz bu səbəbdən Əlcəzair yığmasının “sükanı arxasına” keçmək təklifindən imtina edib.

Fransa millisinin baş məşqçisi Didye Deşamın müqaviləsi 2026-cı ilədək qüvvədədir.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”da işləyib, komanda ilə iki dəfə La Liqanı, üç dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti