"Mbappe yaxşı oyunçudur, güclüdür, onu çempionatımızda görmək istəyirəm"

27 Yanvar 10:20 Fransa 1 100
"Mbappe yaxşı oyunçudur, güclüdür, onu çempionatımızda görmək istəyirəm"

Səudiyyə Ərəbistanının Kral ailəsinin üzvü, şahzadə Abdullah Saad Əbdüləziz Əl Səud PSJ-nin hücumçusu Kilian Mbappenin liqaya mümkün transferindən danışıb.

Sportinfo.az xəbər verir ki, şahzadə fransalı futbolçunu bəyəndiklərini bildirib:

“Əlbəttə ki, onu bəyənirik. Kilian Mbappe yaxşı oyunçudur, güclüdür və onu Səudiyyə Ərəbistanında, çempionatımızda görmək istəyirəm”.

Daha əvvəl Mbappenin yay transfer pəncərəsində PSJ-dən ayrılaraq karyerasını Madrid “Real”ında davam etdirə biləcəyi barədə xəbərlər yayılıb.

Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Onun klubla müqavilə müddəti 2024-cü ilin sonuna qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti