"Niyə onu milliyə çağırmırsız?" - Makronun xanımının sualı gülüşlə qarşılandı

25 Yanvar 08:50 Fransa 727
"Niyə onu milliyə çağırmırsız?" - Makronun xanımının sualı gülüşlə qarşılandı

Fransa millisinin baş məşqçisi Didye Deşam ölkə prezidenti Emanuel Makronun xanımının sualına yumoristik cavab verib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı “Portail Free” nəşri yazı dərc edib.

Belə ki, Reymsdəki uşaq xəstəxanasına baş çəkən Deşam və xanım Makron idmanla bağlı təsadüfi söhbət aparıb.

Xanım Makron futbol haqqında məhdud biliyindən ilhamlanaraq yaponiyalı oyunçu Junya İtonun Fransa millisinə niyə dəvət edilmədiyini soruşub.

“Reyms”də çox yaxşı futbol oynayan yapon var. Onun adı İtodur. Çox əla oynayır. Biz onu milliyə dəvət etməliyik! Niyə onu çağırmırsınız?” – deyə Bricit Makron sual verib.

Prezident xanımının sualına Deşam “Çünki, o yapondur” deyə cavab verib.

23 yaşlı futbolçu Yaponiya millisinin heyətində 51 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti