Müdafiəçini Fransa klubuna göndərir - “Beşiktaş”

17 Yanvar 2024 22:00 Fransa 733
Müdafiəçini Fransa klubuna göndərir - “Beşiktaş”

“Beşiktaş”ın müdafiəçisi Valentin Rozye Fransaya yollanacaq.

Sportinfo.az xəbər verir ki, Türkiyə klubunun futbolçusunun xidmətində “Nitsa” maraqlıdır.

Fransa təmsilçisi 27 yaşlı müdafiəçini bu mövsümün sonuna qədər icarəyə götürməyə razılaşıb. Müqavilədə futbolçunun alınması öhdəliyi də yer alacaq.

Rozye bu gün yeni komandasına keçmək üçün tibbi müayinədən keçəcək. Futbolçu 2020-ci ildən “Beşiktaş”da çıxış edir.

O, bu mövsüm İstanbul komandasının heyətində bütün turnirlərdə 19 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti