“10 milyard avro ala bilsəydik, onu da götürərdik”

12 Yanvar 18:40 Fransa 444
“10 milyard avro ala bilsəydik, onu da götürərdik”

PSJ-nin hücumçusu Kilian Mbappenin anası Faiza Lamari oğlunun 2022-ci ildə klubu ilə müqaviləsinin uzadılması ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, anası oğlunun PSJ ilə müqavilədən milyonlarla avro qazanmasında utanmalı nəsə olmadığını deyib:

“Bu, milyonlarla avrodur. Burada heç bir günah və ya utanc yoxdur. 10 milyard avro ala bilsəydik, onu da götürərdik, çünki sistem belə işləyir”.

Yanvarın 1-də “Real”ın fransalı futbolçuya rəsmi təklif göndərdiyi və qərarın qəbulu üçün son tarix – yanvarın ortaları təyin edildiyi bildirilirdi.

Daha əvvəl bildirilmişdi ki, “Liverpul” da Mbappeni bu kluba keçidə razı salmağa çalışır.

Mbappenin parislilərlə müqaviləsi mövsümün sonunda başa çatır. Ona görə də, futbolçu indi başqa klublarla danışıqlar aparmaqda sərbəstdir.

Digər Xəbərlər
Xəbər Lenti