"Onun mənimlə müəyyən razılaşması var, bu, öz aramızda qalacaq" - Klub prezidenti

10 Yanvar 12:00 Fransa 334
"Onun mənimlə müəyyən razılaşması var, bu, öz aramızda qalacaq" - Klub prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın hücumçusu Kilian Mbappe ilə cari mövsümün sonunda müqavilə müddətini uzatmaq barədə razılığa gəlindiyini bildirib.

Sportinfo.az xəbər verir ki, klub prezidenti fransalı forvardla razılaşma olduğunu deyib:

“Mbappe təkcə əla futbolçu deyil, həm də yaxşı insandır. Əvvəl də dediyi kimi, mənimlə müəyyən razılaşması var.

Bütün detallar və nüanslar sırf bizim aramızda qalacaq, onları açıqlamaq istəmirəm. Ancaq həqiqətən razılaşma var.

Bu, daha çox centlmen xarakter daşıyır və pulla bağlı deyil. Fikrimcə, bu, sadəcə, imzalanmış bir sənəddən daha əhəmiyyətlidir”.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. O, bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti