Mbappe “Real”la anlaşdı?

8 Yanvar 15:40 Fransa 530
Mbappe “Real”la anlaşdı?

PSJ-nin hücumçusu Kilian Mbappe “Real” ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “FootMercato” məlumat yayıb.

Məlumatda bildirilib ki, Madrid təmsilçisi 25 yaşlı hücumçu ilə tam razılığa gəlib. O, “kral klubu” ilə müqavilə imzalayacaq və parislilərlə müqaviləsi bitdikdən sonra komandaya qoşulacaq.

Mbappe cari mövsümdə PSJ-də 24 oyun keçirib, 25 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti