Mbappe müqaviləsinin müddətini uzatmayacaq – PSJ-nin GÜNDƏMİ

30 Dekabr 2023 01:40 Fransa 309
Mbappe müqaviləsinin müddətini uzatmayacaq – PSJ-nin GÜNDƏMİ

PSJ-nin hücumçusu Kilian Mbappe klubla başa çatacaq müqaviləsinin müddətini uzatmayacaq.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı forvard İspaniya təmsilçisi “Real”a transferini nəzərdən keçirir.

2024-cü ilin əvvəlində tərəflər arasında razılığın əldə olunacağı bildirilir.

Mbappe cari mövsümdə Paris klubunun heyətində bütün turnirlərdə 22 oyun keçirib, 21 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqavilə müddəti gələn il yayda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti