Qış transfer pəncərəsində iki futbolçusunu satışa çıxaracaq

28 Dekabr 2023 00:10 Fransa 268
Qış transfer pəncərəsində iki futbolçusunu satışa çıxaracaq

PSJ qış transfer pəncərəsində iki futbolçusu ilə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Leyvin Kurzava və hücumçu Uqo Ekitike komandadan göndəriləcək.

PSJ sözügedən futbolçuları klubun büdcəsi üçün əlavə yük hesab edir. Buna görə də, onlar bu qış transfer pəncərəsində satışa çıxarılacaqlar.

Uqo Ekitike və Leyvin Kurzava bu mövsüm Fransa çempionatında hərəyə cəmi 1 oyun keçiriblər.

Digər Xəbərlər
Xəbər Lenti