“Təəssüf, onun ağlı başqa yerdədir, biz ona seçim azadlığı verdik ki, xoşbəxt olsun”

23 Dekabr 2023 01:40 Fransa 273
“Təəssüf, onun ağlı başqa yerdədir, biz ona seçim azadlığı verdik ki, xoşbəxt olsun”

PSJ “Korintians”ın yarımmüdafiəçisi Qabriel Moskardonu transfer edəcək.

Sportinfo.az xəbər verir ki, Braziliya klubunun prezidenti Auqusto Melo yerli mətbuata açıqlamasında bu barədə deyib:

“Təəssüf ki, Qabrielin ağlı başqa yerdədir. Biz ona seçim azadlığı verdik ki, xoşbəxt olsun. PSJ-yə gedir”.

Daha əvvəl “Çelsi” Qabriel üçün “Korintians”a 20 milyon avro təklif edib, lakin qarşı tərəf bundan imtina edib.

Braziliyalılar futbolçunun satışından ən azı 25 milyon avro qazanmaq istəyiblər ki, bu məbləğə də PSJ razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti