Mbappe baş məşqçinn hansı qərarından narazıdır?

20 Dekabr 2023 18:20 Fransa 233
Mbappe baş məşqçinn hansı qərarından narazıdır?

PSJ-nin hücumçusu Kilian Mbappe ilə Paris klubunun baş məşqçisi Luis Enrike arasındakı münasibət pisləşib.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu iki əsas səbəbdən mütəxəssisdən narazıdır.

Mbappe PSJ-nin Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə son matçının (1:1) sonunda intensivliyi azaltmaq tələbini bəyənməyib. 24 yaşlı oyunçu Enrikenin ondan mərkəz hücumçusu kimi istifadə etməsindən razı deyil.

Bəzi ekspertlər Mbappenin Liqa 1-də “Lill”lə oyununda (1:1) vurduğu qolu qeyd etməməsini onun məsələ ilə bağlı mövqeyinə etiraz ifadəsi kimi dəyərləndirib.

Digər Xəbərlər
Xəbər Lenti