Məşhur klubun keçmiş baş məşqçisini həbs gözləyir

17 Dekabr 2023 01:30 Fransa 296
Məşhur klubun keçmiş baş məşqçisini həbs gözləyir

Nitsa prokurorluğu PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltyenin irqçilik ittihamı ilə bir illik şərti cəzaya məhkum edilməsini istəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri xəbər verir.

Bundan əlavə, ittiham tərəfi 57 yaşlı fransalı mütəxəssisin 3 il müddətinə diskvalifikasiya edilməsini tələb edir. Onu 45 min avro cərimə də gözləyir.

Aprelin 12-də məlum olub ki, Qaltye “Nitsa”da işləyərkən keçmiş klub direktoru Julien Fournierə elektron məktub göndərərək, komandada çoxlu qaradərililərin və müsəlmanların olmasının yolverilməzliyinə işarə edib.

Qaltye 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna kimi PSJ-yə rəhbərlik edib. Bundan əvvəl o, “Nitsa”, “Sent-Etyen” və “Lill” klublarında çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti