Azlıqda qalan PSJ səfərdə qələbə qazandı - VİDEO

4 Dekabr 2023 00:10 Fransa 274
Azlıqda qalan PSJ səfərdə qələbə qazandı - VİDEO

Sportinfo.az xəbər verir ki, Fransa Liqa 1-də 14-cü tur çərçivəsində lider PSJ Havr şəhərinin eyniadlı komandasının qonağı olub.

Matç parislilər üçün heç də yaxşı başlamayıb.

Belə ki, artıq 10-cu dəqiqədə qapıçı Donnarumma kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Lakin cəmi 13 dəqiqə sonra Mbappe ev sahiblərini məyus edib. 89-cu dəqiqədə isə Vitinya fərqi artıraraq qarşılaşmada son nöqtəni qoyub - 0:2.

Azlıqda qalmasına baxmayaraq, paytaxt klubu oyundan 3 xalla ayrılmağı bacarıb və liderliyini möhkəmləndirib.

Bu nəticədən sonra PSJ 33 xalla turnir cədvəlinə başçılıq edir. Onun rəqibi isə 16 xalla 9-cudur.

Digər Xəbərlər
Xəbər Lenti