
Fransa Liqa 1-in autsayderi “Lion” yeni idman direktoru təyin edib.
Sportinfo.az xəbər verir ki, “Lion”un yeni idman direktoru David Frio olub.
Fransa klubunun rəhbərliyi dərhal yeni idman direktorunun qarşısına tələb qoyub. Frio qısa müddət ərzində komandanı böhrandan xilas edə biləcək baş məşqçi tapmalıdır.
Əvvəllər 50 yaşlı funksioner “Marsel”in idman direktoru vəzifəsində çalışıb. Bundan əlavə, o, “Sent-Etyen”, “Mançester Yunayted” və “Nottingem Forest”də skautluq edib.
Bu yaxınlarda Fabio Qrossonun “Lion”un baş məşqçisi vəzifəsindən qovulduğu haqda xəbərlər yayılmışdı.