"Futbolçuların qayğısına qalmaq üçün hər şeyi etdim” - Mbappeni niyə ehtiyatda saxlayıb?

22 Noyabr 2023 18:20 Fransa 367
"Futbolçuların qayğısına qalmaq üçün hər şeyi etdim” - Mbappeni niyə ehtiyatda saxlayıb?

Fransa millisinin baş məşqçisi Didye Deşam Kilian Mbappenin AÇ-2024-ün seçmə mərhələsində Yunanıstanla oyuna (2:2) ehtiyatda başlamasının səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, matçdan əvvəl bunu fransalı hücumçu ilə müzakirə etdiyini bildirib:

“Oyundan əvvəl Kilianla bunu müzakirə etmişdim. Mən bu həftə sonu matçları olacaq futbolçuların qayğısına qalmaq üçün hər şeyi etdim.

Çempionlar Liqası gələn həftə davam edəcək. Biz oyunçuları zədə riski ilə üz-üzə qoymaq istəmirik”.

Mbappe ikinci hissənin ortalarında meydana çıxıb.

Fransa yığması 22 xalla B qrupunda birinci yerdə qərarlaşıb. Yunanlar 3-cü yeri tutublar və pley-offda çıxış edəcəklər. Pley-off oyunları 2024-cü ilin martında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti