COP29

PSJ 22 milyon avro ödədi, Cənubi Koreya millisinin üzvünü aldı

9 İyul 2023 01:30 Fransa 935
PSJ 22 milyon avro ödədi, Cənubi Koreya millisinin üzvünü aldı

PSJ “Malyorka”nın və Cənubi Koreya millisinin yarımmüdafiəçisi Li Kan İni transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Li Kan İn PSJ tarixində ilk cənubi koreyalı oyunçudur.

Klub onun transferi üçün İspaniya təmsilçisinə 22 milyon avro ödəyib. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.

2022/23 mövsümündə Li Kan “Malyorka”nın heyətində 39 oyuna çıxıb, 6 qol vurub və 7 qol ötürməsi verib.

Digər Xəbərlər
Xəbər Lenti