“Messi PSJ-də “Barselona”da olduğu kimi eyni oyunçu deyildi”

20 Noyabr 2023 22:00 Fransa 480
“Messi PSJ-də “Barselona”da olduğu kimi eyni oyunçu deyildi”

PSJ-nin hücumçusu Kilian Mbappe keçmiş komanda yoldaşı Lionel Messi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, fransalı forvard Messinin oyununu dəyişdiyini bildirib:

“Bilirsiz, futbol öz zamanını diqtə edir, tempini diqtə edir. Dəyişməsən, futbol başqa şeyə keçir və unudulursan.

Hətta ən böyüklər də nəyisə dəyişməli olublar. Mən Messi ilə oynadım və o, oyununda dəyişiklik etdi.

O, PSJ-də “Barselona”da olduğu kimi, eyni oyunçu deyildi və bu, ona dünya kubokunu, kollektiv və fərdi titulları qazanmağa imkan verdi”.

Mbappe bu mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 15 oyun keçirib və 15 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti