Komandası 14:0 qalib gəldi, gözü yenə doymadı

19 Noyabr 2023 17:20 Fransa 891
Komandası 14:0 qalib gəldi, gözü yenə doymadı

Fransa millisinin baş məşqçisi Didye Deşam AÇ-2024-ün seçmə mərhələsində Cəbəllütariq yığması ilə oyunu (14:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, komandasının oyunda çox yaxşı çıxış etdiyini deyib:

“Bu matçda həm birinci, həm də ikinci hissədə çox yaxşı oynadıq. Aydındır ki, Cəbəllütariq yığması üçün tam heyətlə oynamaq çətin idi.

Bu, heç bir halda oyuna xələl gətirmir, hətta biz daha da effektiv oynaya bilsəydik…

Amma bu yaxşıdır. Yeni məqsəd Yunanıstan millisi ilə oyundan sonra seçmə mərhələdə məğlubiyyətsiz qalmaq olacaq”.

Bu nəticə Fransa milli komandasının tarixində ən böyük qələbə olub. Fransızlar 21 xalla B qrupunda liderdirlər.

Digər Xəbərlər
Xəbər Lenti