80 milyon avrodan imtina edib - Mbappe

19 Noyabr 2023 13:10 Fransa 1 363
80 milyon avrodan imtina edib - Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe klubdan ala biləcəyi bonusdan imtina edib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı forvard parislilərlə müqaviləyə əsasən, qazana biləcəyi 80 milyon avro mükafatı almayacaq.

Bu qərarı futbolçunun özü verib. Qeyd olunur ki, Mbappe bu yolla onun üçün pulun birinci yerdə olmadığını göstərmək istəyir.

Fransalı futbolçunun PSJ ilə müqaviləsi 2023/24 mövsümünün sonuna kimidir.

Mbappe bu mövsüm bütün turnirlərdə 15 oyun keçirib və 15 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq