Millinin sabiq kapitanı idman direktoru təyin olunacaq - Tanınmış klubda

19 Noyabr 2023 00:00 Fransa 1 103
Millinin sabiq kapitanı idman direktoru təyin olunacaq - Tanınmış klubda

Mərakeş millisinin sabiq kapitanı Mehdi Benatia "Marsel"in idman direktoru təyin olunacaq.

Sportinfo.az xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə edilib.

Gələn həftənin əvvəlində bütün lazımi sənədlərin imzalanacağı gözlənilir.

Peşəkar karyerasına "Marsel"də başlamış Mehdi "Loryen", "Udineze", "Roma", "Bavariya", "Yuventus", "Əl-Duhail", "Fatih Karagümrük" klublarında oynayıb. O, 2008-2019-cu illərdə Mərakeş millisinin üzvü olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM