PSJ hücumçusu Kilian Mbappe ilə bağlı qərarını verib.
Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi fransalı forvarda yeni müqavilə təklif etməyəcək.
Klub artıq 24 yaşlı futbolçu ilə yolları ayırmağı düşünür.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Onun Fransa klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədər nəzərdə tutulub.
O, bu mövsüm bütün turnirlərdə 15 oyun keçirib, 15 qol vurub və 1 məhsuldar ötürmə edib.