"Mbappe hər dəfə göstərir ki, o, dünyanın ən yaxşı oyunçusudur"

9 Noyabr 2023 12:20 Fransa 338
"Mbappe hər dəfə göstərir ki, o, dünyanın ən yaxşı oyunçusudur"

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın hücumçusu Kilian Mbappenin “Real”a keçəcəyi haqda xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klubun sahibi Mbappeni dünyanın ən yaxşı oyunçusu adlandırıb:

“Real”ın Mbappe ilə bağlı açıqlamalarını görməmişəm. Biz başqalarına deyil,

özümüzə fokuslanırıq. Mbappe hər dəfə göstərir ki, o, dünyanın ən yaxşı oyunçusudur. Onun PSJ-ni irəli aparmasını görmək fantastikdir”.

Mbappe bir müddət əvvəl PSJ ilə müqaviləsini 2025-ci ilin yayına qədər uzatmaqdan imtina etmişdi. Klubla hazırkı müqaviləsi mövsümün sonuna qədər olan forvardın adı “Real”la hallanır.

Digər Xəbərlər
Xəbər Lenti