
“Lion” baş məşqçisi Fabio Qrosso ilə yollarını ayıra bilər.
Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi 45 yaşlı mütəxəssisə ultimatum verib.
Komanda çempionatın növbəti iki oyunundan birində qalib gəlməsə, onunla müqaviləyə xitam veriləcək.
Qrosso “Lion”a sentyabrın 16-da baş məşqçi təyin olunub.
“Lion” Liqa 1-də 9 turdan sonra 3 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb. Komanda oktyabrın 29-da “Marsel”in qonağı olacaq.