
“Lion”un müdafiəçisi Deyan Lovrenin evini qarət etməyə cəhd ediblər.
Sportinfo.az xəbər verir ki, qarətçilər futbolçunun evinə o, “Klermon”la (1:2) oyunda olan zaman soxulublar.
Hadisə yerinə polis çağırılıb və giriş qapısında məcburi giriş izləri aşkar edilib.
34 yaşlı xorvatiyalı futbolçu bu mövsüm “Lion”un heyətində 2 matçda forma geyinib.