
"Beçiktaş"ın heyətində ciddi itki baş verib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Umut Meraş zədələnib.
27 yaşlı futbolçu komandanın məşqi zamanı ayaq əzələsindən zədə alıb. Təcrübəli sol cinah müdafiəçisinin müalicəsinə başlanılıb.
Umut Meraş bu gün "Qalatasaray"la keçiriləcək derbi matçında iştirak etməyəcək.