"Onun ölkəmizi bu şəkildə biabır və xəyanət etməsini qəbul edə bilmərik"

19 Oktyabr 2023 10:00 Fransa 1 124
"Onun ölkəmizi bu şəkildə biabır və xəyanət etməsini qəbul edə bilmərik"

Marsel şəhərinin vitse-meri Valeri Boyer millinin hücumçusu Kerim Benzemanı Fransa vətəndaşlığından və “Qızıl top”dan məhrum etməyə çağırıb.

Sportinfo.az xəbər verir ki, Valeri Boyer bu haqda X sosial şəbəkəsində yazıb.

“Biz ikili vətəndaşlığı olan dünyaca məşhur bir fransızın ölkəmizi bu şəkildə biabır və hətta xəyanət edə bilməsini qəbul edə bilmərik”, - Boyer bildirib.

Oktyabrın 18-də Fransanın daxili işlər naziri Gerald Darmanin Benzemanı terror təşkilatı ilə əlaqədə olmaqda ittiham edib.

Futbolçu İsraillə hərbi münaqişənin fonunda Fələstin xalqına dəstəyini ifadə edib. O, X sosial şəbəkəsində bombardmandan zərər çəkmiş Qəzza xalqı üçün dua etdiyini yazıb.

Digər Xəbərlər
Xəbər Lenti