
2032-ci ildə Avropa çempionatı Türkiyə və İtaliyada keçiriləcək.
Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
2028-ci ildəki turnir isə Böyük Britaniya və İrlandiyada təşkil olunacaq.
Türkiyə ilk dəfə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək.