"Sabah nə olacağını bilmirəm, onun başına gələnlərə görə çox kədərlənirəm"

10 Oktyabr 2023 18:20 Fransa 475
"Sabah nə olacağını bilmirəm, onun başına gələnlərə görə çox kədərlənirəm"

Fransa millisinin baş məşqçisi Didye Deşam “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın yığmadakı gələcəyini şərh edib.

Sportinfo.az xəbər verir ki, o, Poqbanın başına gələnlərə görə kədərləndiyini bildirib:

“Massimiliano Alleqri kimi mən də Poqbaya görə narahatam. Son vaxtlar o, özünü çətin vəziyyətdə tapdı.

Poqba öz hüquqlarını müdafiə edəcək, lakin bu, uzun bir prosedurdur. Sabah nə olacağını bilmirəm, amma onun başına gələnlərə görə çox kədərlənirəm.

Mən qəti mövqe tutmaq fikrində deyiləm. Onun gələcəyinin necə olacağını bilmirəm, amma proses vaxt aparacaq”.

Daha əvvəl 30 yaşlı futbolçunun dopinqə görə 2 ildən 4 ilə qədər diskvalifikasiya oluna biləcəyi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti