Qətər klubu ilə anlaşdı - PSJ-nin keçmiş baş məşqçisi

4 Oktyabr 2023 22:00 Fransa 365
Qətər klubu ilə anlaşdı - PSJ-nin keçmiş baş məşqçisi

PSJ-nin sabiq çalışdırıcısı Kristof Qalte Qətərin “Əl-Duhail” klubunun yeni baş məşqçisi olacaq.

Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssisin bu həftə ərzində Qətər komandasının “sükanı arxasına” keçəcəyi gözlənilir.

Tərəflər arasında yekun razılıq dünən əldə olunub.

Daha əvvəl mətbuatda 57 yaşlı mütəxəssisin “Marsel”lə danışıqlar apardığı haqda məlumat yayılmışdı.

Lakin Qalte bu qədər tez məşqçiliyə qayıtmağa hazır olmadığı üçün Fransa komandasına rəhbərlik etməkdən imtina edib.

Digər Xəbərlər
Xəbər Lenti