
“Marsel”in baş məşqçisi Cennaro Qattuzo Liqa 1-in 7-ci turunda “Monako”ya məğlubiyyətə (2:3) münasibət bildirib.
Sportinfo.az əbər verir ki, o, matçı belə şərh edib:
“Məğlub olanda xoşbəxt ola bilmirik. Daha yaxşı oynamalıyıq.
Üç qol buraxdıq. Qolların birində “yuxu”ya getdik, üçüncüdə iki səhvə yol verdik.
Bunlar tez bir zamanda təkmilləşdirilməli olan kiçik şeylərdir, əks halda, qalib gəlmək çox çətin olacaq”.
“Marsel” Liqa 1-də 7 turdan sonra 7 xal toplayaraq 14-cü yerdə qərarlaşıb.