"O, təvazökar oğlandır, çalışqan, ağıllı və ünsiyyətcildir"

2 Oktyabr 2023 01:30 Fransa 321
"O, təvazökar oğlandır, çalışqan, ağıllı və ünsiyyətcildir"

PSJ-nin baş məşqçisi Luis Enrike gənc yarımmüdafiəçi Uorren Zair-Emerini meydanda göstərdiyi oyuna görə tərifləyib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis Uorrenin özünü 37 yaşlı futbolçu kimi göstərdiyini deyib:

“Uorren 17 deyil, 37 yaşlı kimi oynayan futbolçudur. 37 yaş! Komandada bu səviyyəli oyunçuya sahib olduğum üçün çox şanslıyam.

Onunla işləmək xoşdur. Fikrimcə, Uorren çoxyönlü oyunçudur, böyük peşəkardır və futbolçunun necə olmasının gözəl nümunəsidir.

O, təvazökar oğlandır, çalışqan, ağıllı və ünsiyyətcildir. Bu da çox vacibdir”.

Bu mövsüm Zair-Emeri Fransa çempionatında altı oyun keçirib və bir məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti