"O, bu klubu sevir və fantastik oyunçudur, dünyanın ən yaxşısıdır"

30 Sentyabr 2023 15:40 Fransa 392
"O, bu klubu sevir və fantastik oyunçudur, dünyanın ən yaxşısıdır"

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın hücumçusu Kilian Mbappenin növbəti mövsümdə Paris klubunda qalacağını bildirib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri, fransalı forvardın PSJ-ni sevdiyini deyib:

“Kilian Mbappe PSJ-nin oyunçusudur. Ona sahib olduğumuz üçün xoşbəxtik və gələn mövsüm də ona sahib olacağıq.

O, bu klubu sevir və fantastik oyunçudur. O, dünyanın ən yaxşı oyunçusudur. Biz çox xoşbəxtik”.

Mbappe bir müddət əvvəl parislilərlə müqaviləsini 2025-ci ilin yayına qədər yeniləməkdən imtina etmişdi. Fransalı hücumçunun xidmətində “Real”ın maraqlı olduğu bildirilirdi.

Onun Paris klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.

24 yaşlı futbolçu bu mövsüm Fransa çempionatında PSJ-nin heyətində 5 oyun keçirib və 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti