Sevgilisindən ayrıldı, körpüyə çıxaraq özünü oradan atmaq istədi - FOTO

29 Sentyabr 2023 18:30 Fransa 441
Sevgilisindən ayrıldı, körpüyə çıxaraq özünü oradan atmaq istədi - FOTO

"Nitsa"nın futbolçusu Aleksis Beka Beka intihara cəhd edib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Nitsa şəhərindəki A8 avtoyolunun üzərində olan "Manyan" körpüsünə çıxaraq özünü oradan atmaq istəyib.

Polis və xilasedicilər fransalı oyunçunu fikrindən daşındırmağı bacarıblar. Futbolçunun sevgilisindən ayrıldığı üçün intihar etmək istədiyi bildirilir.

Aleksis Beka Bekanı 2022-ci ilin yayında Moskva "Dinamo"sundan 12 milyon avroya transfer edib.

Fransa U-23 millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti