“Bu təyinat bəzilərini sarsıdacaq, bir çox oyunçunun xeyrinə olacaq”

28 Sentyabr 2023 18:40 Fransa 440
“Bu təyinat bəzilərini sarsıdacaq, bir çox oyunçunun xeyrinə olacaq”

Fransa millisinin sabiq futbolçusu Kristof Düqarri Cennaro Qattuzonun “Marsel”ə baş məşqçi təyin olunmasını şərh edib.

Sportinfo.az xəbər verir ki, keçmiş futbolçu 45 yaşlı mütəxəssisin bu vəzifəyə təyin olunmasını yüksək qiymətləndirib:

“O, kluba uyğun gələn baş məşqçisidir. Qattuzoda azarkeşlərin görmək istədiyi meyarlar var.

Qattuzo ilə növbəti fan görüşündə iştirak etmək üçün səbirsizlənirəm. Bu dəyişiklik bir çox oyunçunun xeyrinə olacaq.

Məncə, bu təyinat tamamilə düzgün seçimdir. Qattuzonun təyinatı bəzilərini sarsıdacaq”.

“Marsel” hazırda Liqa 1-in turnir cədvəlində 8-ci yerdədir. Komanda 6 turdan sonra 9 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti