İtaliya millisinin sabiq baş məşqçisinə təklif göndərdilər

26 Sentyabr 2023 10:00 Fransa 732
İtaliya millisinin sabiq baş məşqçisinə təklif göndərdilər

"Marsel" rəhbərliyi Marselino Toralın istefasından sonra yeni məşqçi axtarışındadır.

Sportinfo.az xəbər verir ki, Roberto Donadoni bu vəzifəyə əsas namizədlərdən birinə çevrilib.

Artıq italiyalı mütəxəssislə danışıqlara start verildiyi iddia olunur. Ona ilkin təklif göndərilib.

Donadoni hazırda işsizdir. Təcrübəli mütəxəssis İtaliya millisi ilə yanaşı, “Parma”, “Napoli” “Bolonya”, “Şençjen” klublarını çalışdırıb.

Marselinonun istefasından sonra Jak Abardonado müvəqqəti olaraq “Marsel”in baş məşqçisi vəzifəsini yerinə yetirir.

Digər Xəbərlər
Xəbər Lenti