
PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappenin zədəsinin ciddiliyindən danışıb.
Sportinfo.az xəbər verir ki, baş məşqçi, fransalı forvardın ciddi probleminin olmadığını bildirib:
“Bu, çox ciddi problem deyil, amma onun oynamasını çətinləşdirən ağrı var idi.
Mbappeni əvəz etmək daha ağıllı addım olardı. Ancaq ciddi bir şey yoxdur”.
Mbappe “Marsel”lə oyunda (4:0) topuq nahiyəsindən zədə alıb.