Mbappe və Neymar sosial şəbəkədə bir-birini “sildi”

21 Sentyabr 2023 10:00 Fransa 660
Mbappe və Neymar sosial şəbəkədə bir-birini “sildi”

PSJ-nin hücumçusu Kilian Mbappe və keçmiş komanda yoldaşı Neymar sosial şəbəkələrdə bir-birini izləməyi dayandırıb.

Sportinfo.az xəbər verir ki, Neymarın Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna getməzdən əvvəl Mbappeni tənqid edən yazıları bəyəndiyi bildirilirdi.

Onlar 2017-ci ildən PSJ-də birlikdə oynayıblar.

Neymar 2023-cü ilin yay transfer pəncərəsində “Əl-Hilal”a keçib. Braziliyalının rəsmi təqdimat mərasimi avqustun 19-da baş tutub.

“Transfermarkt” portalının məlumatına görə, Səudiyyə klubu hücumçunu 90 milyon avroya alıb.

Ötən mövsüm Neymar PSJ-nin heyətində Fransa çempionatında 20 oyun keçirib, 13 qol vurub, 11 məhsuldar ötürmə edib.

“Relovo” xəbər verib ki, Mbappe PSJ-dən “Əl-Hilal”a keçməkdən imtina edib, baxmayaraq ki, klublar artıq transferlə bağlı razılığa gəliblər.

Digər Xəbərlər
Xəbər Lenti