"Mövcud problemlər məni narahat etmir, bizə vaxt lazımdır"

19 Sentyabr 2023 10:20 Fransa 354
"Mövcud problemlər məni narahat etmir, bizə vaxt lazımdır"

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının hazırkı durumundan danışıb.

Sportinfo.az xəbər verir ki, “RMC Sport”a danışan ispaniyalı mütəxəssis Paris klubunun uğurlu nəticələr qazanacağına əminliyini bildirib:

"Komandam həqiqətən mövsümə yaxşı başlamadı. Bu, mənim kluba yeni gəlməyimdən sonra baş verir.

Çünki oyunçular yeni oyun stilini, yeni ideyaları qavramalıdır. Futbolçularım böyük həvəslə çalışırlar və məşqçilər korpusunun ideyalarını anlamaq istəyirlər.

Mən onlardan razıyam.PSJ azarkeşləri inanılmazdır. Nəticələr yaxşı olmasa belə, onların dəstəyi gözəldir.

Əminəm ki, qarşıda bizi yaxşı futbol və yaxşı nəticələr gözləyir. Mövcud problemlər məni narahat etmir.

Təbii ki, hamı kimi mən də ən qısa zamanda nailiyyətlər əldə etmək istəyirəm. Bununla belə, bizə güclü komanda qurmaq üçün vaxt lazımdır".

PSJ hazırda Liqa 1-in turnir cədvəlində 5-ci yerdədir. Paris təmsilçisi 5 matçda cəmi 2 qələbə qazanıb və 8 xala malikdir.

Digər Xəbərlər
Xəbər Lenti