“Sənin üçün çox darıxacam” - Mbappe Verrattini yola saldı

14 Sentyabr 2023 21:40 Fransa 629
“Sənin üçün çox darıxacam” - Mbappe Verrattini yola saldı

PSJ-nin hücumçusu Kilian Mbappe yarımmüdafiəçi Marko Verrattinin Qətərin “Əl-Ərəbi” klubuna keçidini şərh edib.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu sosial şəbəkədə keçmiş komanda yoldaşına təşəkkürlərini bildirib:

“Müstəsna oyunçu və insan! Bütün bu illər ərzində sənin yanında olmaq şərəfinə sahib olmaq böyük xoşbəxtlikdir.

Burada keçirdiyin vaxt heç vaxt unudulmayacaq və ya diqqətdən kənarda qalmayacaq.

Gördüyüm ən yaxşı oyunçulardan biri. Təşəkkürlər dostum, sənin üçün çox darıxacam”.

Verratti 2012-ci ilin iyulundan PSJ-də çıxış edirdi. O, komandada 416 matçda iştirak edib, 11 qol vurub və 61 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?